“Qaçqınkom”un bəzi müəssisələri


Digərləri 22 Yan 2019 18:54:00 225 0

“Qaçqınkom”un bəzi müəssisələri

"Qaçqınkom"un Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsinin bəzi müəssisələri ləğv edilib.

Son.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və istehsalat idarəsinin tabeliyində olan Mərdəkan Sənaye Kombinatı, Füzuli rayon "Qarabağ" Qaçqın Fermer Təsərrüfatı, Sabirabad rayonu "Araz" İstehsal və Təlim Kombinatı, Zəngilan rayonu "Alıbəyli" və Kənd təsərrüfatı müəssisəsi və Qubadlı rayonu "Top Çinar" Aqrar Fermer Təsərrüfatı Komitəsi 15 yanvar 2019-cu il tarixli 04 nömrəli əmrlə ləğv edilib və ləğvetmə komissiyası yaradılıb.

Ləğvetmə komissiyası bəyan edib ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvetmə komissiyası Bakı şəhəri, Tbilisi prospekti, 129 ünvanda fəaliyyət göstərir.