Hazard: “Çoxdan Messi və Ronaldo ilə eyni masadayam”


İdman 22 Yan 2019 18:48:00 321 0

Hazard: “Çoxdan Messi və Ronaldo ilə eyni masadayam”

Chelsea-nın futbolçusu Eden Hazar özünü Messi və Ronaldo ilə müqayisə edib.

Goal.az xəbər verir ki, Hazar dünya səviyyəli futbolçu olduğunu bildirib. Ancaq bununla yanaşı, qeyd edib ki, son 10 ildə Messi ilə Ronaldonun etdiklərini təkrarlamaq da mümkünsüzdür:

"Messi və Ronaldo ilə müqayisədə ha tərəfdə durmuşam? Mən artıq çoxdan onlarla eyni masadayam. Hətta DÇ-dən 6 ay keçməsinə baxmayaraq da. Bu müddət ərzində də yaxşı oynamışam. Mən bunu insanların gözləri ilə görürəm. Əvvəllər insanlar belə deyirdilər: "Bəli, o, yaxşı futbolçudur. Görəsən, ən yaxşılardan biri ola biləcək?” Ancaq elə məqamlar olur ki, sən göydə olmamalı, mütləq yerdə qalmalısan. Etiraf edim ki, son 10 ildə Messi ilə Ronaldonun etdiklərini təkrarlamaq mümkünsüzdür”.

Eden cari mövsümdə Premyer Liqada 22 oyun keçirib, 10 qol vurub, 10 qol ötürməsi edib.