Əli Mirəliyevin pişiklə bağlı dediklərinə aydınlıq gətirildi


Şou-biznes 22 Yan 2019 18:39:00 385 0

Əli Mirəliyevin pişiklə bağlı dediklərinə aydınlıq gətirildi

Əli Mirəliyevin ARB TV-nin "Səhər-səhər" proqramında pişiklə bağlı açıqlaması heyvansevərlərin etirazına səbəb olub.

Son.az bildirir ki, məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlama verib:

"Bu məsələ ilə bağlı Əli Mirəliyev özü "Səhər-səhər" proqramının bu günkü buraxılışında açıqlama verib. O, bildirib ki, uşaqlıqda olan bir hadisədir və o pişiyi atmayıb. Binanın damında quşa hücum etmək istəyən pişik görüb və müdaxilə etmək istəyib. Quşu xilas edərkən pişik qaçıb və düşüb aşağı. Sadəcə mövzunu tam izah edə bilməyən Əli Mirəliyevin bu sözləri heyvansevərlər tərəfindən birmənalı qarşılanmayıb. "Səhər-səhər" verilişi şou xarakterli səhər proqramı olduğu üçün aparıcı Elgiz Əkbər də müğənni Əli Mirəliyevlə zarafat edib. Mövzunu tam olaraq izləmək üçün bu günkü efirimizdən Əli Mirəliyevin açıqlamasını belə dinləyə və izləyə bilərsiniz".


Xəbərə aid foto