Murad Boz azərbaycanlı qızı seçdi


Şou-biznes 22 Yan 2019 18:29:00 281 0

Murad Boz azərbaycanlı qızı seçdi

Azərbaycanlı iştirakçı Naz Dej TV 8-də yayımlanan məşhur "O səs Türkiyə" mahnı müsabiqəsinin ikinci mərhələsində çıxış edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, yarışmada "Yağmurlar" mahnısını  Kürşat Nayımla duet şəklində ifa edib. 

Münsif Murad Boz bildirib ki, komandasına üzv olan hər iki iştirakçının ifasını bəyənsə də, "O səs"ə Nazla davam etmək istədiyini bildirib. Bununla da, həmyerlimiz reytinqli müsabiqənin üçüncü mərhələsinə keçə bilib.