Heyvan kəsimi məntəqələrində reydlər


Digərləri 22 Yan 2019 17:19:00 239 0

Heyvan kəsimi məntəqələrində reydlər

Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Son.az-a verilən məlumata görə, agentlik tərəfindən təşkil olunmuş reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.


Xəbərə aid fotolar