Göyçayda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var


Digərləri 22 Yan 2019 15:56:00 217 0

Göyçayda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 21-də saat 9 radələrində Göyçay rayonunun Şahsoltanlı kəndi ərazisində Potu kənd sakini Qnyaz Məmmədovun idarə etdiyi “Ford Transit” və Ağsu rayon sakini Bünyad Qaçayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə B.Qaçayevin sərnişini, Ağsu rayon sakini Mehman Cavadov hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.