Bakıda avtomobil təmiri sexi yanıb
Digərləri 22 Yan 2019 15:15:00 219 0
Bakıda avtomobil təmiri sexi yanıb.
FHN-dən Son.az-a verilən məlumata görə, Xətai rayonunda ümumi sahəsi 24 m² olan 2 otaqdan ibarət tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, digər otağının lambirindən ibarət tavanı və içərisindəki avtomobil ehtiyat hissələri 4 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az