Neftçi ilə Bursaspor arasında müqavilə imzalandı


İdman 22 Yan 2019 15:12:00 246 0

Neftçi ilə Bursaspor arasında müqavilə imzalandı

Azərbaycanın Neftçi və Türkiyənin Bursaspor klubları arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

Goal.az xəbər verir ki, Özlüce İbrahim Yazıcı Təsislərində baş tutan tədbirdə hər iki klubun prezidentləri – Kamran Quliyevlə Ali Ay, eləcə də vitse-prezidentlər Elnur Eyvazov və Cem Öztürk qatılıblar. Mərasimdə Bursaspor-un İdarə Heyətinin üzvləri Erkan Aydemir, Onur Özselek ve Ömer Faruk Şahin və Neftçi-nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev də iştirak edib.

Neftçi-nin Azərbaycanın köklü və çempion klubu olduğunu xatırladan Ali Ay bildirib ki, klublar gələcəkdə ortaq layihələr həyata keçirəcəklər: “Bir müddətdir Neftçi ilə hansı istiqamətlərdə əməkdaşlıq qura biləcəyimizi müzakirə edirdik. Bu gün qardaşlıq və starteji əməkdaşlıq müqaviləsi imzalamaq üçün bir araya gəlmişik. Fenerbahçe ilə oyunda qonağımız oldular. Stadionumuzu, xüsusilə də “Goldsit 1963” tribunamızı çox bəyəndilər. Sadəcə idmanda deyil, bir qurum olaraq hər sahədə əməkdaşlıq edəcəyik. Reklam, media, fan-şop və skaut mövzularında fikir mübadiləsi aparıb, ortaq layihələr həyata keçirəcəyik. Əməkdaşlığın xeyirli-uğurlu olmasını diləyirəm. Yeri gəlmişkən, Cem Öztürkə təşəkkür edirəm. O, şəxsi işi ilə bağlı Azərbaycanda olduğu vaxt “Neftçi” rəsmiləri ilə tanış olub və belə bir işə yol açıb. Buna görə minnətdaram. Çox gözəl işlər reallaşacaq. Bir-birimizə faydalı olacağıq".

Neftçi-nin prezidenti Kamran Quliyev isə deyib ki, Azərbaycan təmsilçisi üçün qürurverici andır: "Belə bir klubda sizinlə birgə olmaqdan məmnunuq. Ali Aya, Cem Öztürkə, bütün idarə heyətinə, təşəkkürümü bildirmək istərdim. Qardaş ölkədən gəldik. Ölkənin ən böyük və tarixin ən qədim klubuyuq. SSRİ dağıldıqtan sonra 8 dəfə çempionluq yaşamış klubuq. Sizinlə birgə olmaq bizim üçün çox xoş və sevindiricidir. Ötən gün Fenerbahçe ilə matçınızı izlədik. Çox şanssız idiniz. Möhtəşəm stadionunuz var. Özəl bir klub və özəl tərəfdarınız var. Sizdən örnək alacağımız çox şey var. Ali Aya çox təşəkkür edirəm. İlişkilərimiz davam edəcək. Gələcəkdə birgə işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik".