İran Rusiyadan qoyun əti alacaq


Dünya 22 Yan 2019 15:10:00 237 0

İran Rusiyadan qoyun əti alacaq

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri iranlı həmkarları ilə RF müəssisələrindən İslam Respublikasına qoyun ətinin tədarükü barədə razılığa gəliblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda qeyd olunan məhsulların attestasiyadan keçmiş müəssisələrdən İrana göndərilməsinə hazırlıq işləri görülür.

Qeyd edək ki, bir müddət əvvəl İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.