1300 manatını ala bilməyən işçi


Dünya 22 Yan 2019 14:02:00 226 0

1300 manatını ala bilməyən işçi

Şirkətdən pulunu tam ala bilməyən işçi yeni tikilən oteli mini ekskavatoru ilə məhv edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 600 fund-sterlinq (772 dollar) maaşını ala bilməyən kişi otelin tikilişi tam hazır olan gün ekskavatoru ilə məkana daxil olaraq şüşələri qırıb, divarları dağıdıb, oteli yararsız hala salıb.

Hadisə İngiltərənin Liverpul şəhərindəki Travelodge hotelində baş verib. Həmin anları digər işçilər maraqla izləyib, mobil telefonla kameraya çəkiblər.

Oteli dağıdan işçi bildirib ki, ona verilən zərfdə pul 772 dollar (1314 Azn) əksik olub.

Yarım saat boyunca oteli yararsız hala salan işçi saxlanılıb.


Xəbərə aid fotolar