Alim: "İmadəddin Nəsimi Azərbaycan dilindən sistemli şəkildə istifadə edib"


Digərləri 22 Yan 2019 14:09:22 201 0

Alim: "İmadəddin Nəsimi Azərbaycan dilindən sistemli şəkildə istifadə edib"

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edi.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili" elan edilməsi əlamətdar hadisələrdən biridir: "Bu qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, klassik şairlərin yaradıcılığına verdiyi yüksək dəyərin göstəricisidir. Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edən bu sərəncam XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bundan sonra Nəsiminin bir çox cəhətdən zəngin olan dili yeni-yeni tədqiqatların obyekti olacaq. Bu qərar Azərbaycan mədəniyyəti tarixində "Ana dili"nin fədaisi kimi xarakterizə olunan Nəsimi öz yaradıcılığı ilə Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni istiqamət verdi. Nəsimi öz əsərlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qorumuş, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin olmuşdur".

T.Şükürlü əlavə edib ki, qəzəllərinə insanı tədqiqat obyekti olaraq seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutaraq ilk dəfə ana dilində bədii nümunələr yaradıb: