Azərbaycan millisi türkə tapşırılır? – Baş katibdən açıqlama


İdman 22 Yan 2019 14:10:00 223 0

Azərbaycan millisi türkə tapşırılır? – Baş katibdən açıqlama

Türkiyə mətbuatı son olaraq Osmanlıspor-u çalışdıran Mustafa Reşit Akçayın Azərbaycan millisinə baş məşqçi təyin olunacağını iddia edib.

Goal.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Xəbərdə, Akçayın Azərbaycan milli komandasına rəhbərlik etmək üçün AFFA ilə razılaşdığı bildirilib.

60 yaşlı mütəxəssis karyerası ərzində Gümüşhanespor, Pazarspor, Arsinspor, Ofspor, Beylerbeyi, Tavşanlı, 1461 Trabzonspor, Trabzonspor, AkhisarKonyaspor kimi komandalarda çalışıb.

AFFA-nın baş katibi Elxan Məmmədov “Report”a açıqlamasında isə Akçayla bağlı çıxan xəbərləri təkzib edib:

“Onunla nəinki anlaşmışıq, heç danışıq da aparmamışıq. Hətta belə bir şəxs bizə təklif olunmayıb. Bu, müxtəlif agentlər tərəfindən ortaya atılmış spekulyasiyalardır”.

Azərbaycan millisinə son olaraq Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov rəhbərlik edib. AFFA bir müddət əvvəl Qurbanovu istefaya göndərib.