Los Ancelesdə 30 mindən çox müəllim tətil keçirir


Dünya 22 Yan 2019 13:57:00 283 0

Los Ancelesdə 30 mindən çox müəllim tətil keçirir

ABŞ-ın Los Anceles şəhərində dövlət məktəblərinin 30 mindən çox müəllimi tətil keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən həftədən etibarən başlayan tətil bu gün də davam etdiriləcək.

Müəllim həmkarlar təşkilatının şəhər meriyası ilə danışıqları başlasa da, müəllimlər bütün şərtlər yerinə yetirilməyənədək tətili davam etdirəcəklərini bildirib.