Şamaxıda tələbə qız faciəvi şəkildə öldü
Digərləri 22 Yan 2019 13:31:00 189 0
Şamaxıda tələbə hamamda dəm qazından boğulub.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şamaxının Şəhriyar qəsəbəsində, tələbənin kirayə yaşadığı həyət evində qeydə alınıb. 2000 il təvəllüdlü Nəsibli Güldəstə Elçin qızı dəm qazından boğulma ehtimalı ilə təcili tibbi yardım avtomabilində, rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Riyaziyyat və informatika ixtisasi üzrə, ikinci kurs tələbəsi Güldəstə Nəsibli Bərdə rayon sakinidir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az