"Kömür istehsalı vərəm yaradır"


Digərləri 22 Yan 2019 13:32:00 227 0

"Kömür istehsalı vərəm yaradır"

Təəssüflər olsun ki, Azərbaycanın bəzi bölgələrində hələ də oğurluq yolla əldə olunmuş ağaclardan kömür hazırlanır.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

"Belə ki, kömür hazırlamaq üçün, adətən, müxtəlif diametrli ağaclardan istifadə edirlər. Təbii ki, onlar bu ağacları özlərinə məxsus bağlardan, meyvə ağaclarını kəsməklə yox, yaşadıqları kəndin ətrafındakı meşədən oğurluq yollarla əldə edirlər və bununla da meşələrin inkişafdan qalması ilə yanaşı, kəndlərini, evlərini təhlükə ilə üz-üzə qoyurlar.

Ağacları kəsməklə, torpaqların erroziyasına, sürüşməsinə və nəticədə, meşələrin deqradasiyasına zəmin yaradırlar", - deyə Firdovsi Əliyev qeyd edib.