İki övladını boğub, yandıran ananın VİDEOsu


Dünya 22 Yan 2019 13:37:00 246 0

İki övladını boğub, yandıran ananın VİDEOsu

İki övladını boğub, yandıran ana uşaqlara əvvəlcə şokolad alıb.

İki övladını öldürən ananın cinayətdən əvvəl çəkilən görüntüləri əldə olunub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, yanacaq doldurma məntəqəsindəki marketdən övladları üçün sonuncu şokoladı alan qadın uşaqlarının ölümündə təqsirkar bilinib.

Yelena Kərimova adlı qadın marketdən şokoladla bərabər, alışqan da alıb. O, daha sonra kirayə götürdüyü "Kia Rio" avtomobilində Xədicə adlı 4 yaşlı qızını və Süleyman adlı iki yaşlı oğlunu boğub. O, uşaqlarını öldürdükdən sonra cəsədlərini yandırıb.

Rusiyada yaşayan 27 yaşlı Yelenanın şəxsi Instagram hesabında 27 min izləyicisi olub. Instagram-da blogerlik edən qadın 9 ay əvvəl şübhəli kimi saxlanılıb.

Bu gün Yelena ilə bağlı görüntülər əldə olunub. Kadrlarda Yelenanın yanacaqdoldurma məntəqəsindəki marketdən öldürdüyü uşaqlarına snikers şokoladı alması əks olunub.

Yaxın günlərdə onunla bağlı məhkəmə qərarı dəqiqləşəcək.

Araşdırmalara görə, Rusiyanın Nijni Novqorod şəhərində yaşayan Yelena uşaqlarını boğub, yandırdıqdan sonra ətrafdakı sakinlərin tüstünü görəcəyindən narahat olaraq cəsədləri avtomobilinə qoyaraq evə gətirib. O, səhəri gün, aprel ayının 26-da yanmış cəsədləri meşəlik əraziyə apararaq oradakı evə ataraq yandırıb.


Xəbərə aid fotolar