"Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib FOTO


Digərləri 22 Yan 2019 13:39:00 321 0

"Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib  FOTO

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Mədəniyyət Mərkəzində "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin, Ağdam Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı və TREND İnformasiya Agentliyinin informasiya dəstəyi ilə "Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbir, həmçinin Azərbaycanın Milli Qəhrəmanı, xüsusi xidmət orqanlarında çalışmış şəhid Nadir Əliyevin xatirəsinə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Milli Qəhrəman Nadir Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib, şəhid haqqında yazılan poema və şeirlər səsləndirilib.

Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin fəxri üzvü, yazıçı-publisist, Nadir Əliyevin həyat və qəhrəmanlığından bəhs edən "Zəfər yolu" poemasının müəllifi Azər Hacıbəyli bildirib ki, Azərbaycan dövləti həmişə qəhrəmanlarına böyük hörmətlə yanaşıb, onların xatirəsini əbədiləşdirib:

"Azərbaycan daim qəhrəman övladlar yetişdirib. Azərbaycan qəhrəmanları həmişə tarixdə qalıb, xalqın qəlbində yaşayır. Nadir Əliyev də Azərbaycanın bu cür qəhrəmanlarındandır. Nadir Əliyev haqqında onlarla poema yazmaq olar. Mən "Zəfər yolu"nu yazanda bütün gücümü bu poemaya sərf elədim. Amma hesab edirəm ki, Nadir Əliyevin qəhrəmanlığı qarşısında mənim etdiyim çox azdır. Onun qəhrəmanlığı haqqında daha çox yazılmalıdır və yazılacaq. Nadir Əliyevin qəhrəmanlığından çox danışmaq olar, lakin mən bir şeyi demək istəyirəm ki, o, ulu öndər Heydər Əliyevin yaratdığı fədakarlıq məktəbinin, Azərbaycanın xüsusi xidmət orqanının yetirməsidir. Nadir Əliyev ümummilli lider Heydər Əliyevin dəyər verdiyi bir qəhrəman idi. Xalqımız, dövlətimiz qəhrəmanlara hər zaman dəyər verir. Biz bu qəhrəmanlara dəyər verməklə bir daha göstəririk ki, qəhrəmanlıq ənənələrinə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu fədakarlıq məktəbinin ənənələrinə sadiqik və bunu inkişaf etdirməliyik".

A.Hacıbəyli qeyd edib ki, bu gün Milli Qəhrəman Nadir Əliyevin övladı Şəhriyar Əliyev Azərbaycanın xüsusi xidmət orqanlarında çalışır və atasının yolunu davam etdirir: "Sevindirici haldır ki, bu gün Nadir Əliyevin oğlu atasının yolunu davam etdirir. Gün gələcək, biz həmin qəhrəman oğulların hesabına torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan xalqı qəhrəmanlar yetişdirən xalqdır və biz qəhrəmanlıqlar etməyə qadir xalqıq".

Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev bu il Azərbaycanın xüsusi xidmət orqanlarının yaranmasının 100 illiyinin keçiriləcəyini bildirib. Sədr müavini deyib ki, bu ilin mart ayında xüsusi xidmət orqanlarının yaranmasının 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq: