Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb


Digərləri 22 Yan 2019 13:22:00 245 0

Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb

Ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə (FAO) tərəfdaşlıq proqramının işə salınmasına həsr olunmuş tədbir zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunu prioritet sahələrindəndir:

"Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100 faizdən çox olub".