Ağamirzədən Kərimlə bağlı ibrətamiz etiraf


Şou-biznes 22 Yan 2019 13:30:00 187 0

Ağamirzədən Kərimlə bağlı ibrətamiz etiraf

Tanınmış meyxanaçı Ağamirzə həmkarı Kərimlə illər öncə aralarında yaranmış narazılığa aydınlıq gətirib

.

Son.az bildirir ki, ölkə.az-ın məlumatına görə, söz ustadı verilişlərin birində bu barədə danışıb:

"Kərimin qardaşı mənə zəng vurdu. Dedi ki, hazırda klinikaların birindəyik və bizdən Kərimi klinikanın qəbul etməsi üçün külli miqdarda pul istəyirlər. Həmin vaxt bir az özümdə pul var idi, bir az da uşaqların daxıllarında. Allah şahiddir ki, uşaqların daxıllarını da sındırıb həmin pulu düzəltdim və aparıb klinikaya verdim. Ondan sonra Kərimin müalicəsinə başladılar. Amma bunu mən etmədim, Allah etdi. Ondan sonra Kərim dedi ki, sən elə bir hərəkət etdin ki, inciməyə yer qalmadı".