Bank Respublika kredit şərtlərini daha sərfəli etdi!


Digərləri 22 Yan 2019 13:19:00 197 0

Bank Respublika kredit şərtlərini daha sərfəli etdi!

Yeni arzulara,yeni məqsədlərə çatmaq istəyənlər üçün “Bank Respublika”dan xoş xəbər var!

Bakı. Yeni arzulara,yeni məqsədlərə çatmaq istəyənlər üçün “Bank Respublika”dan xoş xəbər var! Hər zaman müştərilərinin arzu və istəklərini nəzərə alan Bank Respublika, yeni ilin gəlişi ilə nağd kredit şərtlərində dəyişiklik edərək, faizləri aşağı saldı və kreditin verilməsi şərtlərini sadələşdirdi. Belə ki, Banka müraciət edən müştərilər artıq nağd istehlak kreditini 18%-dən başlayan faiz dərəcəsi və daha əlverişli şərtlərlə əldə edə biləcək! Kreditin maksimal mәblәği 20 000 manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə biləcək.