Rusiyada poçt şöbələrində pivə də almaq olar (FOTO)


Digərləri 22 Yan 2019 12:57:00 230 0

Rusiyada poçt şöbələrində pivə də almaq olar (FOTO)

Rusiyada poçt şöbələrində də pivə almaq mümkündür

Bakı. “Rusiya poçtu”nun təsdiq etdiyi xəbərə görə, ölkənin Poçt adminstrasiyasının, xüsusilə kənd massivlərində yerləşən 3 mindən çox şöbəsində keyfiyyətli alkoqollu məhsulların satışı ilə də məşğul olacaqlar. Trend "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, şəhərlərdə yerləşən şöbələrdə də zəif alkoqollu içkilərin ticarətinə başlanıb. Qurumun bu cür addım atmasına səbəb keyfiyyətsiz alkoqollu içki məhsullarının satışının azaldılmasıdır. Respublikanın milli Poçt operatorunun yaydığı informasiyaya görə, “Rusiya poçtu” bu satışlara 2018-ci ildə start verib. Rusiyanın Kalininqrad şəhərində isə alkoqollu içki məhsullarının poçt şöbələrində test rejimi üsulu ilə satışına hələ 2014-cü ildə gəlirlərin arıtılması məqsədilə başlanılıb.