Bu il "Azercell" daha 25 tələbəni sevindirdi (FOTO)


Digərləri 22 Yan 2019 12:22:00 206 0

Bu il "Azercell" daha 25 tələbəni sevindirdi (FOTO)

Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC üçün hər il keçirilən Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə qaliblərini elan edib.

Bakı. Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC üçün hər il keçirilən Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə qaliblərini elan edib. Mərhələli seçim nəticəsində bu il 25 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Tələbələri təbrik etmək üçün şirkət tərəfindən yanvar ayının 21-i təşkil edilən görüşdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və Təhsil Nazirliyi SABAH qruplarının tədris işləri üzrə rəhbəri Eldar Qocayev iştirak edib. Vahid Mürsəliyev çıxışı zamanı şirkətin korporativ sosial məsuliyyət siyasətinin daim öz ardıcıllığı, dayanıqlılığı və şəffaflığı ilə seçildiyini bildirib. Həmçinin şirkət tərəfindən həyata keçirilən İllik Tələbə Təqaüd və Təcrübə proqramlarının ölkə gənclərinin inkişafına yatırılan investisiyalar olduğunu qeyd edib.