İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub FOTO


Siyasət 22 Yan 2019 12:14:00 215 0

İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub  FOTO

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Azəri-Çıraq-Günəşli", "Şəfəq", "Asiman", "Abşeron" və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.


Xəbərə aid fotolar