Uşaqlarını amansızlıqla öldürən Kərimovanın istintaqı yekunlaşdı


Kriminal 22 Yan 2019 12:17:00 387 0

Uşaqlarını amansızlıqla öldürən Kərimovanın istintaqı yekunlaşdı

Rusiyanın Nijeqorod vilayətində azyaşlı uşaqlarını öldürməkdə, eləcə də başqasının əmlakını oğurlamaqda ittiham olunan Yelena Kərimova barəsində istintaq yekunlaşdırılıb.

Son.az report-a istinadən xəbər verir ki, istintaqın versiyasına görə, şübhəli şəxs ötən ilin aprel ayında kirayəyə götürdüyü KIA markalı avtomobildə 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı boğaraq öldürüb. O, elə həmin maşında ölmüş qızı və oğlunu Semenovski rayonuna gətirərək orada tərk edilmiş binada meyitləri yandırıb və hadisə yerindən qaçaraq gizlənib.

Y.Kərimovanın əri daha əvvəl soyğunçuluq və quldurluğa görə məhkum olan, hazırda isə Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilən azərbaycanlıdır.

O, müstəntiqlərə açıqlamasında cinayət işini uşaqlarını maddi cəhətdən yaxşı təmin edə bilmədiyinə görə törətdiyini bildirib.

Amma müəyyən edilib ki, qadın avtomobilin icarəsi üçün ayda 40 min rubldan çox xərcləyib, uşaqlarını öldürməzdən az əvvəl isə ölkə xaricinə istirahətə getmək üçün bilet alıb.