Azərbaycanda dünya ulduzlarının yer alacağı tarixi bədii filmin hazırlıqlarına başlanıldı


Digərləri 22 Yan 2019 11:45:00 266 0

Azərbaycanda dünya ulduzlarının yer alacağı tarixi bədii filmin hazırlıqlarına başlanıldı

"Run Group" şirkətinin media layihəsi olan "Run Film" şərti adı "İrəvan xanlığı" olan tarixi janrda bədii filmin çəkilişi üçün hazırlıqlara başlayıb.

Filmin istehsalı üçün xaricdən ən müasir texniki avadanlıqlar gətiriləcək. "İrəvan xanlığı" filminin ərsəyə gəlməsi üçün bir sıra ölkələrin, o cümlədən Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan şirkətlər cəlb olunacaq. Bununla bağlı artıq müvafiq müqavilələr də bağlanıb.

Növbəti mərhələdə böyük bir ərazidə İrəvan qalasının maketi qurulacaq, eyni zamanda müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı xan sarayının identik modeli inşa ediləcək.


Xəbərə aid fotolar