Azərbaycanlı Nəsirovun Ukrayna prezidentliyinə namizədliyi qeydə alındı


Siyasət 22 Yan 2019 11:50:00 378 0

Azərbaycanlı Nəsirovun Ukrayna prezidentliyinə namizədliyi qeydə alındı

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il martın 31-də keçiriləcək prezident seçkilərində daha iki nəfərin namizədliyini rəsmi qeydə alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, namizədlikləri qeydə alınanlardan biri Aleksandr Şevçenko, digəri isə azərbaycanlı Roman Nəsirovdur.

Roman Nəsirov namizədliyini müstəqil şəkildə irəli sürüb.

Qeyd edək ki, Ukraynada seçki kampaniyası dekabrın 31-də başlayıb.