Maştağada vandalizm


Digərləri 22 Yan 2019 11:29:48 233 0

Maştağada vandalizm

Yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Mİlli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar ərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.