"Royal Bank"ın təminatsız kreditorlarına kompensasiya ödəniləcək


Digərləri 22 Yan 2019 10:53:57 377 0

"Royal Bank"ın təminatsız kreditorlarına kompensasiya ödəniləcək

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 28 yanvar 2019-cu il tarixindən etibarən başlanacaq.

Bakı. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 28 yanvar 2019-cu il tarixindən etibarən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər.