Çində "yol hərəkəti qaydalarını pozan" dəvəquşu saxlanılıb VİDEO


Dünya 22 Yan 2019 10:28:00 292 0

Çində "yol hərəkəti qaydalarını pozan" dəvəquşu saxlanılıb  VİDEO

Çinin yerli turistlər tərəfindən ən çox ziyarət olunan Yunnan vilayətində polis əməkdaşları dəvəquşunu saxlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəvəquşu yolun hərəkət hissəsi ilə qaçaraq hərəkətə mane olurdu. Quş sahibinə qaytarılıb.

Ümumiyyətlə, burada yolda və yaxud şəhərdə dəvəquşunu görmək nadirlik deyil. Onlar ictimai yerlərdə gəzir və insanlardan qorxmur.