Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər


Digərləri 22 Yan 2019 09:56:00 209 0

Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Azərbaycanda alternativ enerji sahəsində ümumi dəyəri 2,3 milyard dollar olan bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə hökumətdən bildiriblər.

Qeyd olunub ki, bu məqsədlə investorlar cəlb olunub. Lakin maliyyələşdirmənin neçə faizinin investorların vəsaitləri hesabına təmin ediləcəyi hələ məlum deyil.

Layihələrin sırasına Sabirabad rayonunda bioyanacaq (yanacaq qranulu) istehsalı müəssisəsi, Pirallahı rayonunda külək elektrik stansiyalarının tikintisi, Samux rayonunda aqroenergetika kompleksi və digərləri daxildir.