"Ailəm də daxil, bunu heç kim bilmirdi"


Digərləri 22 Yan 2019 09:32:00 256 0

"Ailəm də daxil, bunu heç kim bilmirdi"

Türkiyə Təhsil Cəmiyyəti hesabına 250 min lirə pul köçürülməsindən sonra adı dillərdən düşməyən müğənni Murad Boz, nəhayət, açıqlama verib.

Son.az axşam.az-a istinadən bildirir ki, verilişlərdən birinə zəng vuran sənətçi bunları deyib:

"Məqsədim bu addımı səssiz etmək idi. Bu barədə çox danışmaq istəmirəm. Hələ də utanaraq danışıram. Anam müəllimə, atam fəhlə olub. "Çox çətin günlər keçirtdim" deyə bilmərəm, amma çətinlik nədir bilirəm. Bizim də problemlərimiz olurdu.