WhatsApp ən populyar oldu


Digərləri 22 Yan 2019 08:59:00 248 0

WhatsApp ən populyar oldu

"WhatsApp" messenceri "Facebook" şirkətinə məxsus ən populyar mobil proqramdır. Bu barədə "App Annie" analitik şirkətinin məlumatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, "iOS" və "Android" əməliyyat sistemləri üçün "WhatsApp" əlavəsi 2018-ci ilin sentyabrından aktiv istifadəçilərin sayına görə "Facebook" mobil əlavəsini üstələməyə başlayıb və indiyədək lider olaraq qalır. "App Annie" konkret göstəricilər qeyd etmir.

2018-ci ilin üçüncü rübünün maliyyə yekunları barədə danışan "Facebook" şirkətinin baş direktoru Mark Sukerberq bildirib ki, o zaman hər ay 2,6 milyarddan çox insan "Facebook", "WhatsApp", "Instagram" və ya "Messenger"dən istifadə edib. Bir rüb əvvəl isə bu göstərici 2,5 milyarda bərabər olub. Onun sözlərinə görə, dünyada "Facebook" servisləri ilə gündəlik əsasda təxminən 2 milyard nəfər istifadə edib.