HoloLens 2 eynəyinin təqdimatı?


Digərləri 22 Yan 2019 08:41:00 239 0

HoloLens 2 eynəyinin təqdimatı?

Microsoft şirkəti gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisində özünün konfransını keçirdəcək. Bu səbəbdən şirkət jurnalistlərə dəvətnamələr göndərib. Bu barədə The Verge saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu bir qədər gözlənilməz xəbər oldu. Belə ki, smartfon istehsalından imtina edərək Windows Mobile əməliyyat sisteminə son qoymaqla şirkət son illərdə MWC-də böyük təqdimatlar keçirtmirdi.

Son.az technote.az-a istinadən bildirir ki, şirkətin konfransında iştirak edəcək spikerlər siyahsında şirkətin CEO-su Satya Nadella, şirkətin korporativ vitse-prezidenti Julia White və şirkətin HoloLens layihəsinin rəhbəri Alex Kipman var. Məhz Alex Kipman-ın bu siyahıda olması, konfransda HoloLens 2 eynəklərinin təqdimatı fikrini yaradır.