Tesla yunan adalarını enerji qıtlığından xilas edəcək


Digərləri 22 Yan 2019 08:31:00 240 0

Tesla yunan adalarını enerji qıtlığından xilas edəcək

Yunanıstanın 20%-i adalardan ibarətdir və bu adalara enerji mənbəyi çox zaman fasilələrlə verilir. Tam enerji veriləndə isə yüksək dərəcədə yanacağın yandırılması reallaşdırılır. Bu səbəbdən Tesla şirkəti Yunanıstan hökuməti ilə xüsusi layihənin reallaşdırılması üçün müqavilə bağlayıb və layihənin ilkin mərhələsi Lemnos adasında reallaşdırılacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, adaları elektrik enerjisi ilə təmin etmək uzun illər ərzində Yunanıstan üçün ciddi məsələ idi. Lakin alternativ enerjilərin və onların saxlanması texnologiyalarının inkişafı bu problemi aradan qaldırmağa imkan verir. Tesla şirkətinin və Yunanıstanın enerji nazirliyinin planı üzrə uzaq məsafələrdə yerləşən adaların enerji problemi günəş panelləri fermaları və litium-ion batareyaları əsaslı enerji saxlama sistemləri vasitəsilə aradan qaldırılacaq.