Çində ÜDMin artım tempi ABŞla ticarət mübahisələri səbəbindən minimuma düşüb


Digərləri 22 Yan 2019 08:30:00 297 0

Çində ÜDMin artım tempi ABŞla ticarət mübahisələri səbəbindən minimuma düşüb

Çin iqtisadiyyatının artım tempi 1990-cı ildən bəri ABŞ-la ticarət mübahisələri və yeni siyasət səbəbindən ən aşağı göstəriciyə düşüb.

Son.az "Report"a istinadən bildirir ki, bu iddianı Amerika prezidenti Donald Tramp bazar ertəsi "Twitter"də yazıb.

"Çin ABŞ-la ticarət münasibətlərində gərginlik və onun yeni siyasətinə görə 1990-cı ildən bəri ən aşağı iqtisadi göstəricilər nümayiş etdirir. Çin üçün nəhayət real sövdələşməyə nail olmağın və bu oyunlara son qoymağın xeyri var", - deyə Amerika lideri bildirib.