Keçən il smartfon istifadəçiləri mobil tətbiqlərə nə qədər pul xərcləyiblər?


Digərləri 22 Yan 2019 08:01:00 248 0

Keçən il smartfon istifadəçiləri mobil tətbiqlərə nə qədər pul xərcləyiblər?

App Annie şirkətinin tədqiqatına əsasən keçən il smartfon istifadəçiləri 194 milyard dəfə müxtəlif mobil tətbiqlər yükləyiblər. Yüklənmələrin yarısı Çin bazarının payına düşür. Bu barədə Gizchina saytı xəbər verib. Bu mövzuda ən gəlirli sahə məhz mobil oyunlar olub. Belə ki, yüklənmiş mobil tətbiqlərdən gəlmiş ümumi 101 milyard dollar gəlirin 74 milyard dolları məhz mobil oyunların payına düşüb.

Son.az technote.az-a istinadən bildirir ki, ən çox yüklənmə və pul xərclənmə göstəriciləri Çində müşaiyət olunub (40-50%). Belə ki, Çində oyunlar və gündəlik istifadə üçün smartfonlara üstünlük verilir. Beləliklə ümumilikdə tətbiqlərin seçilməsi və yüklənməsinə 18 milyard saat vaxt ayrılıb. Ortalama həmin istifadəçilərdən hər biri mobil oyunlar və tətbiqlərdə gün ərzində 3 saat zaman keçirdib. Ən məşhur servis isə YouTube olub.