İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi açıqlanıb


Digərləri 22 Yan 2019 08:02:00 210 0

İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi açıqlanıb

Poliklinikalar bu gün əhaliyə hansı xidmətləri göstərirlərsə, icbari tibbi sığorta sistemi tətbiq edildikdə də həmin xidmətləri göstərəcəklər.

Son.az bildirir ki, bunu Trend-ə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Z.Əliyevin sözlərinə görə, icbari tibbi sığorta sistemi tətbiq edildikdə poliklinikalar da həmin sistemlə işləyəcəklər: "Poliklinikalar da sığorta sistemi ilə işləyəcəklər. Yəni hər hansı poliklinika və xəstəxana sistemdən kənarda qalmayacaq. Onların hamısı icbari tibbi sığorta sisteminə qoşulacaq".