Yeni Android Q əməliyyat sisteminin ilk FOTOları


Digərləri 22 Yan 2019 07:51:00 216 0

Yeni Android Q əməliyyat sisteminin ilk FOTOları

Google şirkətinin yeni Android versiyası hələ anons olunmasa da, onun barəsində ilkin məlumatlar artıq ortaya çıxıb.

Son.az technote.az-a istinadən bildirir ki, XDA-Developers saytının tərtibatçıları Android Q əməliyyat sisteminin ilkin versiyasına sahib Google Pixel 3 XL smartfon modelini test ediblər. Tərtibatçılar yeni əməliyyat sistemini analiz edərək onun əsas özəllikləri barəsində məlumat veriblər.

Yeni əməliyyat sistemində olan Dark Mode rejimi:

Yeni Android versiyasında bu funksiya standart olaraq quraşdırılıb. Google şirkəti hələ keçən il smartfonlardakı rəng sxemlərinin smartfon batareyasına təsirini incələmişdi. Beləliklə mühəndislər belə qənaətə gəlmişdilər ki, AMOLED ekrana sahib smartfon istifadəçiləri Dark Mode rejimi sayəsində enerji sərfiyyatına 60% qənaət edə bilirlər.

Dark Mode rejiminin aktivləşdirilməsindən sonra ayarlar ekranı, səs paneli və tətbiqlərə sürətli keçid imkanını verən panel qara fona keçid edir. Yeni əməliyyat sistemində isə bu dəyişiklik həmçinin sistem panelinə, bildirişlər bölməsinə və Google tətbiqlərinə də aid edilib.

Yeni əməliyyat sistemində istənilən tətbiqdə Dark Mode rejimini aktiv etmək üçün (hətta tətbiq özündə dark mode rejimini dəstəkləməsə də) ekran ayarlarına daxil olaraq sözügedən rejimi standart rejim kimi aktivləşdirmək və tərtibatçılar üçün olan override force-dark funksiyasını aktiv hala gətirmək lazım olacaq.

İcazə sistemi və tətbiqlər üçün məhdudlaşdırıcı:

Android Q istifadəçiyə işə salınmış tətbiqlərin nə etdikləri, onların açıq Wi-Fi şəbəkələrinə nə qədər çox müraciət etdikləri və fon rejimində həmin tətbiqlərin nə etdikləri barəsində daha çox məlumat verəcək. Ən zəhlətökən tətbiqlərə isə istifadəçi məhdudlaşdırıcı sistem qoşa biləcək. Məsələn həmin tətbiqlərə internet girişinin məhdudlaşdırılması və ya istifadəçi tərəfindən təyin edilmiş müəyyən əməliyyatların yerinə yetirilməsi.

Tətbiqlər üçün icazə ayarlarının dialoq paneli hər bir tətbiq üçün private ayarlarını təqdim edəcək. Məsələn müəyyən tətbiqə mikrofondan istifadəni yalnız o halda icazə vermək olacaq ki, mikrofon həqiqətən də aktivləşdirilsin, fon rejimində çalışmasın və internetə çıxış əldə etməsin.