Günün qoroskopu: Sizi maraqlandıran məlumatları əldə edin


Digərləri 22 Yan 2019 00:01:00 223 0

Günün qoroskopu: Sizi maraqlandıran məlumatları əldə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - təlaşlı, effektivliyi az olan gündür. Yerinizdə olun, suallara cavab verin. Yaşanan olayları reaksiyasız qoymayın. Ehtiyac yaranarsa, təcili tədbirlərə əl atın. Heç nəyi mürəkkəbləşdirməyin.

Aktiv olun, çoxlu hərəkət edin. Səfər və ya səyahət çətinliklə əldə edilən nəticə verən bilər. Məmurlarla ünsiyyətdə mövqe və fikrinizi çatdırın. Onlar sizi anlamaq istəməyəcəklər.

Axşam saatlarında intellektual istirahəti seçin. Xəbərlərdən başınız ağrıya bilər. Yeni təəssüratlara olan ehtiyac böyükdür.

Buğa - gündəmdə duran planların reallaşması üçün yaxşı gündür. İşlərdə ləngimələrin baş verməməsi üçün bütün detalları fikirləşin. Əvvəl mümkün nəticələri düşünün, sonra yekun qərar verin. Eyni vaxtda bir neçə işlə məşğul olmayın. Uzunmüddətli, yetərincə dayanıqlı faydaya hesablanmış işə başlayın.

Sənədləşdirmədə diqqətli olun, mühüm detalları nəzərdən qaçırmayın.

Şəxsi münasibətlər üçün neytral gündür. Əlahiddə gözləntilər və planlar mənasızdır.

Ev işləri və məişət qayğılarını ailə üzvlərinizlə bölüşün.

Əkizlər - ideyalar və faydalı fikirlər çoxdur. İşin təşkilatı, diqqətin konsentrasiyası ilə bağlı problemlər ola bilər. Həddən artıq işlə məşğul olmayın. Yaşamın adət etdiyiniz ritmini qoruyun. Yeni işə başlamaq sizdən böyük səylər tələb edəcək.

Problemlərin həlli, səhvlər və yanlışlıqların olduğu situasiyanın çözülməsinə ehtiyac var. Detalları dəqiqləşdirərək müzakirə edin. Kollektivdəki qarşılıqlı münasibətlərə cəlb olunubsunuz. Həyəcanlarınız ətrafınızdakı adamlar arasında yeni fiqurla bağlı ola bilər.

Nigaranlıq səbəbsiz deyil.

Xərçəng - hər şey istədiyiniz kimi alınmır. Mühitin müqaviməti sizdə tənbəllik və ətalət yaratmasın. Bir işi seçərək onu başa çatdırın. Nəticədən həzz aldığınızı hiss edənədək işləyin. Mühafizəkar mövqe, inad və qətiyyət, xırdalıqlarla təfərrüatlara ciddi fikir verilməsi irəliləyişinizi şərtləndirməklə yanaşı, nüfuzlu adamın dəstəyini qazanmağınıza yardım edəcək.

Şübhə doğuran məsələlərə aldanmayın. Vədlərə inanmayın. Məşğul olduğunuz işi genişləndirin.

Stressi alış-verişlə sakitləşdirməyə çalışmayın.

Axşam saatlarında xoş söhbət fikrinizi dağıdacaq.

Şir - məsuliyyətli, cari hadisələrdə seçim etməyinizi istəyən gündür. Nüanslara, xəbərlərə, qəfil görüşlərə və mühüm məsələlərə olan reaksiyanıza fikir verin. Prioritetlər dəyişir. Bu gün yeni seçim edə bilərsiniz. Bütün istiqamətlərdə eyni vaxtda fəaliyyət göstərməyə tələsməyin. Bir qədər fasilə edin. Çətin olmayan, ikinci dərəcəli işləri görərək rahatlaşın.

Neytral maraqlar və emosiyalar məsləhətdir.

Axşam saatlarında bir qədər istirahət edin. Sevdiyiniz işlə məşğul olun. Yaxşı anladığınız insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Qız - effektiv gün deyil. Konkret nəticələr gözlədiyiniz işlər planlaşdırmayın.

Ünsiyyətdə, məlumatlar əldə etməkdə özünüzü saxlamayın.

Təmaslar perspektivlidir, bir şərtlə ki, boş söhbətlərə vaxt sərf etməyin.

Ətrafınızda olan insanlarla məsləhətləşin, müxtəlif mövzuları müzakirə edin.

Əsas maraqlarınızın olduğu yerdə nizam yaratmağa çalışın.