Fevralın 5də Çin təqvimi ilə Yeni il başlanacaq


Digərləri 21 Yan 2019 23:34:00 261 0

Fevralın 5də Çin təqvimi ilə Yeni il başlanacaq

Fevralın 5-də Çin təqvimi ilə Yeni il - sarı donuz ili başlanacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çində Ay təqvimi ilə müəyyən edilən Yeni ilin başlanğıcı qış gün dönümündən (21 dekabr) sonra Ayın ikinci dəfə bədirləndiyi tarixə düşür. Beləliklə, Çində Yeni ilin başlanğıcı yanvarın 21-dən fevralın 20-dək müxtəlif tarixlərə təsadüf edir.

2019-cu ildə planetin əhalisinin dörddə bir hissəsi üçün Yeni il fevralın 5-də başlanacaq. Çinin materik hissəsində, Honkonq, Makao və Tayvan küçələrində və yerli sakinlərin evlərində bayram münasibətilə bəzək işləri başlanıb. Sinqapurda, Cənubi Koreyada və bütün dünyanın çinlilər yaşayan məhəllələrində bu bayramı səbirsizliklə gözləyirlər.

4000 ildən çox tarixə malik olan Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çinlilər özləri Yeni ili bahar bayramı adlandırırlar.