Azərbaycan nefti bahalaşıb


Digərləri 21 Yan 2019 23:40:00 210 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,43 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,93 dollar/barel çoxdur.