Alimlər piylənmənin səbəblərindən birini tapdılar


Digərləri 21 Yan 2019 23:13:00 250 0

Alimlər piylənmənin səbəblərindən birini tapdılar

Kembric universitetinin alimləri və ABŞ-ın Los- Anceles şəhərindəki uşaq xəstəxanasının mütəxəssisləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlərin yeni tədqiqatının nəticələri "MedicalXpress"də dərc edilib. Məlum olub ki, semaforin zülal molekulları çəki artımına səbəb olur.

"Biz bilirik ki, beyinin hipotalamus hissəsi qida qəbulu  və qanda şəkərin miqdarının nizamlanmasında çox vacib rol oynayır. Bu zülal isə sözügedən hissədə olur", - deyə Sebastyen Bure deyib.

Tədqiqat zamanı Sofi Krozye siçanlar üzərində təcrübə aparıb. Alim siçanların semaforin siqnallarını dayandırıb. Bundan sonra isə beyin hüceyrələri lazım olduğu kimi inkişafdan dayanıblar. Nəticədə isə bu, çəkinin artmasına səbəb olub.