Məşhurlar və müqavilələr Ulduzlara nə qadağan edilib? FOTO


Digərləri 21 Yan 2019 23:19:00 299 0

Məşhurlar və müqavilələr  Ulduzlara nə qadağan edilib?  FOTO

Bu gün bir çox Hollivud ulduzunun imzaladığı müqavilədə onlara sosial şəbəkədə söhbət etməyi qadağan edən bənd var.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu bəndin məqsədi filmin ssenarisinin gizli qalmasıdır. Çünki bəzən aktyorlar film haqqında ən maraqlı hissələri əvvəlcədən deyirlər.

Bu gün oxuculara ulduzlara qadağan edilən məsələlərdən məlumat verəcəyik.

Kosmosa uçuş

İsveçli yarımmüdafiəçi Stefan Şvarts idman karyerasının zirvəsində kosmosa uçmaq istəyib. İdmançı uçuş üçün şəxsi pulundan ödəmə etmək istəyib. Futbol klubunun nümayəndələri bunu eşidəndən sonra, müqavilədə tezliklə kosmosa uçmağı qadağan edən bənd peyda oldu.

İntihar

Demi Lovato yeniyetmə yaşlarından məşhurlaşıb. Bununla yanaşı, psixoloji böhran da başladı. Demi tez-tez depresiyaya düşdüyü üçün işləyə bilmirdi. Bunu bilən prodüserlər müqaviləyə yeni bənd əlavə etdilər. Bəndə əsasən, Lovato intihar edə bilməzdi. Demi yetkinlik yaşına çatmadığı üçün onun valideynləri bu bəndə əməl etməli idilər.

Yalnız qələbə

Boksçu Marko Xuk "Sauerland Event" promouterləri ilə müqavilə imzalayıb. Müqavilədə boksçuya məğlub olmaq qadağan edilib. Məğlubiyyət olsa, müqavilə qüvvədən düşür.


Xəbərə aid fotolar