Evə girən leopard 3 yaşlı körpəni parçaladı VİDEO


Digərləri 21 Yan 2019 23:01:00 296 0

Evə girən leopard 3 yaşlı körpəni parçaladı  VİDEO

Hindistanın Barı Benqal bölgəsində dəhşətli hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Puja Oraon adlı qadın axşam saatlarında 3 yaşlı qızı Pranita ilə evin həyətində yemək bişirəndə leopard hücumuna məruz qalıb. Kolluqlar arasından qəfil çıxan leopard ananın qucağındakı uşağı qaçırıb.

3 yaşlı körpənin meyiti evlərindən 2 km uzaqda aşkar edilib. Ana uşağını xilas etmək üçün əlindən gələni etdiyini amma yırtıcı çox güclü olduğu üçün körpəsini xilas edə bilmədiyini deyib.