Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib


Dünya 21 Yan 2019 23:04:00 229 0

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, erməni cinayətkar şəbəkəsinin dünyanın müxtəlif ölkələrindəki fəaliyyəti ilə bağlı çoxsaylı faktlara daha biri əlavə olunub. Bu dəfə Fransa polisi "Avropol"un köməyi ilə Avropada iri erməni mafiya qruplaşmasına qarşı xüsusi əməliyyat keçirib. Cinayətkarların ələ keçirilməsi məqsədilə Fransa ərazisində 27 evdə xüsusi axtarış-yoxlama əməliyyatı aparılıb. Bu zaman qruplaşmanın yüksək rütbəli üzvlərinin də olduğu, əsasən, ermənilərdən ibarət 21 nəfər həbs edilib. Əməliyyat zamanı 23 min avro, tütün məhsulları və müxtəlif növ 6 odlu silah müsadirə olunub.

"Avropol"dan bildirilib ki, bu əməliyyat İspaniya və Almaniya hökumətlərinin də kömək etdiyi böyük bir istintaqın tərkib hissəsidir. Cinayətkarların ifşası üçün "Avropol" il yarım ərzində müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi həyata keçirib və irimiqyaslı istintaqa başlayıb. Hazırda əsasən ermənilərdən ibarət mafiya qruplaşmasının digər üzvləri və onların cinayətlərinin aşkara çıxarılması üçün istintaq davam edir.

"Avropol"un iqtisadi cinayətkarlıq bölməsinin rəhbəri Pedro Feliççoçu "Associaeted Press"ə müsahibəsində bildirib ki, erməni mafiyasının İspaniya və Belçikada böyük şəbəkəsi var. Ötən il onların bir qrupu zərərsizləşdirilib. Belçikada mafiyanın liderlərindən birinin 28 yaşlı Qriqor Sarkisyan olduğu üzə çıxıb. Onun adı danışılmış tennis oyunlarının təşkilində hallanır.