Unikal təsirə malik ağrıkəsici dərman hazırlanıb


Digərləri 21 Yan 2019 23:10:00 218 0

Unikal təsirə malik ağrıkəsici dərman hazırlanıb

Amerikalı alimlər unikal təsirə malik ağrıkəsici dərman hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, işlənib hazırlanan preparat keyitmə keyfiyyətinə görə tibb praktikasında daha çox istifadə edilən morfini üstələyir.

İndiyədək daha çox təsirli, ən geniş yayılan keyitmə üsulu morfindir. Bu, allergiya reaksiyalı insanları keyfiyyətli tibbi xidmətlə təmin etməkdən ötrü morfindən istifadəni əhəmiyyətli dərəcədə genişləndirməyə şərait yaradır. Bu halda yeni preparatın təsirli maddələri daha təhlükəsizdir, opioidlərə nisbətən daha çox səmərəlidir və asılılıq əmələ gətirmir.