Qrip xəstəliyi zamanı bədən hərarətinin aşağı salınması sağalmağa mane olur


Digərləri 21 Yan 2019 22:34:00 202 0

Qrip xəstəliyi zamanı bədən hərarətinin aşağı salınması sağalmağa mane olur

Kanadalı alimlərin tədqiqatı göstərib ki, qrip zamanı hərarətin süni şəkildə aşağı salınması sağalmaya maneçilik törədir, xəstəliyin daha da uzanmasına səbəb olur. Elmi mütəxəssislər etiraf edirlər ki, xəstəliyə səbəb qripin yüksəkyoluxucu yeni ştamı olduğu halda hərarətin aşağı salınması daha təhlükəlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hələ 1970-ci illərdə aparılan tədqiqatlar alimlərdə belə bir fikir formalaşdırmışdı ki, yoluxma zamanı bədən hərarətinin təbii halda yüksəlməsi immun sisteminin normal reaksiyasıdır. Bu, virusların artmasının qarşısını almağa yönəlir. Kanadalı tədqiqatçılar qrip zamanı hərarətin azaldılması üçün istifadə edilən vasitələrin xoşagəlməz təsirini sübut edən riyazi model işləyib hazırlayıblar.

Araşdırma nəticəsində alimlər qrip zamanı hərarətin azaldılmasının sağalmaya maneçilik törətdiyinə əmin olublar. Hərarəti aşağı salan xüsusi vasitələrdən istifadə virusun artmasına və xəstəliyin daha da uzanmasına gətirib çıxara bilər.