İrlandiya Britaniya ilə Brexitə dair ikitərəfli danışıqlara getməyəcək


Dünya 21 Yan 2019 21:57:00 278 0

İrlandiya Britaniya ilə Brexitə dair ikitərəfli danışıqlara getməyəcək

İrlandiyanın Avropa məsələləri üzrə dövlət naziri Helen Makenti Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı Dublinlə London arasında ikitərəfli danışıqlar ideyasını qəbul etməyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazir bunu yanvarın 21-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasından öncə RTE telekanalında deyib.

"Biz Brexit üzrə heç bir ikitərəfli danışıqlara gedə bilmərik və getməyəcəyik. Danışıqları yalnız Avropa İttifaqının 27 üzv ölkəsi ilə aparacağıq", - deyə Helen Makenti bildirib. Onun sözlərinə görə, İrlandiyanın şimalı və cənubu arasında "şəffaf" sərhədin hər iki tərəfinin əhalisinin bərabər hüququnu tanıyan 1998-ci il Belfast sazişi müzakirə mövzusu ola bilməz.