Ərdoğan Putinlə müzakirə edəcəyi əsas mövzunu açıqladı


Dünya 21 Yan 2019 21:10:00 213 0

Ərdoğan Putinlə müzakirə edəcəyi əsas mövzunu açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya çərşənbə günü səfəri zamanı Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə etmək niyyətində olduğu bildirib.

Bu barədə Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir.

"Ümid edirəm ki, çərşənbə günü Rusiyaya səfər edə biləcəyəm və biz cənab Putinlə təhlükəsizlik zonasını, onun terrorçulardan təmizlənməsini, orada sülh və dincliyi müzakirə edəcəyik. Əgər biz olmasaydıq, İdlibdə yüz minlərlə ölüm olardı. Lakin biz bu addımı Rusiya ilə birgə addım atdıq. Bu prosesi bundan sonra da biz qətiyyətlə davam etdirəcəyik", - deyə Ərdoğan bildirib.