86 yaşlı alpinist zirvəyə qalxmağı dayandırıb


Digərləri 21 Yan 2019 21:07:00 246 0

86 yaşlı alpinist zirvəyə qalxmağı dayandırıb

Yaponiyalı 86 yaşlı alpinist Yuiçiro Miura səhhətində yaranan problemə görə Argentinanın Akonkaqua zirvəsinə qalxmağı dayandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yuiçiro Miura Cənubi Amerikanın ən yüksək zirvəsinə yanvarın 18-də dırmanmağa başlayıb və dəniz səviyyəsindən 6 min metr hündürlükdə yerləşən düşərgəyədək qalxıb. Zirvənin 6960 metr hündürlükdə yerləşən ən yüksək nöqtəsinə qalxmaq üçün o, iki gün burada havanın yaxşılaşmasını gözləyib.

Y.Miuranın Tokiodakı ofisindən bildiriblər ki, alpinisti müşayiət edən həkimin qəti tələbindən sonra o, bu cəhddən imtina etməyi qərara alıb.

Məlumatda qeyd edilir ki, həkim belə yüksək səviyyədə qalmağın Y.Miuranın bədənini həddindən artıq gərginləşdirdiyini və ürək çatışmazlığına səbəb olduğunu bildirib. Həkim qeyd edib ki, ürəyində problemlər olan Y.Miura zirvəyə qalxmaqda davam edərsə, bu, onun səhhətində ciddi fəsadlar yarada bilər.